BAKI, 8 aprel. TELEQRAF

ABŞ prezidenti Donald Tramp İranla razılaşmanın iki həftə ərzində əldə oluna biləcəyinə əmin olduğunu bildirib.

Teleqraf xəbər verir ki, o, bu barədə “Truth Social” hesabında paylaşım edib.

Trampın sözlərinə görə, İranın təqdim etdiyi 10 maddəlik təklif danışıqların davam etdirilməsi üçün işçi əsas kimi qiymətləndirilir.

ABŞ lideri bildirib ki, Vaşinqton və Tehran arasında əvvəlki mübahisəli məsələlərin böyük hissəsi artıq razılaşdırılıb.

O qeyd edib ki, yaxın iki həftə ərzində yekun razılaşmanın hazırlanması və rəsmiləşdirilməsi mümkün ola bilər.