BAKI, 4 aprel. TELEQRAF

İran Hörmüz boğazında gəmiçiliyin tənzimlənməsi ilə bağlı yeni yanaşma hazırlayıb.

Teleqraf xəbər verir ki, bu barədə Qətərin "Al Jazeera" telekanalı məlumat yayıb.

Məlumata görə, İran ölkələri üç kateqoriyaya ayırıb: “düşmən”, “neytral” və “dost”. Bildirilir ki, “düşmən” ölkələrin gəmilərinə Hörmüz boğazı vasitəsilə keçid qadağan edilə bilər.

“Neytral” ölkələrin gəmilərindən yüksək rüsumların tutulacağı, “dost” ölkələrin isə boğazdan sərbəst keçid imkanına malik olacağı qeyd olunur.

Telekanalın iddiasına görə, Fars körfəzi regionundakı bir çox ərəb ölkələri “neytral” və ya “düşmən” kateqoriyasına daxil edilib. Bu isə həmin ölkələrin ya yüksək ödənişlərlə üzləşməsi, ya da ümumiyyətlə boğazdan istifadə imkanlarının məhdudlaşdırılması ilə nəticələnə bilər.

Qeyd edək ki, sözügedən planla bağlı rəsmi tam siyahı açıqlanmayıb.