BAKI, 13 aprel. TELEQRAF
İslamabadda aparılan danışıqlarda ABŞ İrandan 20 il müddətinə uranın zənginləşdirilməsini dayandırmasını istəyib.
Teleqraf xəbər verir ki, bu barədə "Axios" mənbələrə istinadən məlumat yayıb .
Portalın məlumatına görə, ABŞ İranın uranın zənginləşdirilməsinə 20 illik moratorium elan etməsini təklif edib.
Tehran isə əks təkliflə cavab verib və bu təklifə əsasən uranın zənginləşdirilməsini 10 ildən az müddətə donduracaq. ABŞ administrasiyasındakı mənbə portala bildirib ki, tərəflər razılığa gəlmək üçün əməkdaşlıq etməyə davam edirlər".