BAKI, 8 aprel. TELEQRAF

ABŞ-nin İranla iki həftəlik atəşkəs təşəbbüsünə razılıq verməsi Tehranda “geri addım” kimi dəyərləndirilib.

Teleqraf xəbər verir ki, bu barədə İranın dövlət televiziyası məlumat yayıb.

Məlumata görə, ABŞ prezidenti Donald Trampın Pakistanın irəli sürdüyü atəşkəs təşəbbüsünü qəbul etməsi Vaşinqtonun İranla qarşıdurmada geri çəkilməsi kimi qiymətləndirilir.