BAKI, 3 aprel. TELEQRAF

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan aprelin 2-də Başqırdıstandan olan "Ay Yola" qrupunun üzvlərini qəbul edib.

Teleqraf xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin kommunikasiya şöbəsi məlumat verib.

Ərdoğanla görüşməzdən əvvəl "Ay Yola" qrupu TRT Avaz televiziya kanalında türk xalqlarının bahar bayramına həsr olunmuş konsertdə çıxış edib.

Etno-pop qrupu Ay Yola, Türkiyə radiostansiyalarında tez-tez səsləndirilən "Humay" hiti ilə beynəlxalq şöhrət qazanıb.