BAKI, 13 aprel. TELEQRAF

Böyük Britaniya və Fransa Hörmüz boğazında gəmiçiliyin bərpası istiqamətində digər ölkələrlə birlikdə fəaliyyət göstərəcək.

Teleqraf xəbər verir ki, bu barədə Böyük Britaniyanın baş naziri Kir Starmerin ofisi onun Fransa prezidenti Emmanuel Makronla telefon danışığından sonra açıqlama yayıb.

Məlumata görə, tərəflər Hörmüz boğazının qlobal ticarət və enerji təchizatı baxımından strateji əhəmiyyətini vurğulayıblar. Bildirilib ki, gəmiçiliyin azadlığının qorunması üçün geniş tərəfdaş koalisiyası ilə əməkdaşlıq vacibdir.