BAKI, 7 aprel. TELEQRAF

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı İranın İslam İnqilabı Keşikçiləri Korpusunun "USS Tripoli" gəmisinə zərbə endirilməsi ilə bağlı iddiasını təkzib edib.

Teleqraf xəbər verir ki, İslam İnqilabı Keşikçiləri Korpusu daha əvvəl ABŞ-ın desant gəmi-helikopterdaşıyanı USS Tripoli (LHA-7)-yə raket zərbəsi endirdiyini və onun regionu tərk etdiyini açıqlamışdı.

ABŞ Mərkəzi Komandanlığının "X" sosial şəbəkəsində yaydığı bəyanatda isə bildirilib ki, bu məlumat həqiqəti əks etdirmir. Qeyd olunub ki, "USS Tripoli" hücuma məruz qalmayıb və hazırda “Epik Qəzəb” əməliyyatına dəstək məqsədilə Ərəb dənizində fəaliyyətini davam etdirir.