BAKI, 4 aprel. TELEQRAF

ABŞ əhalisinin böyük hissəsi İranla davam edən hərbi münaqişənin nəticələrini mənfi qiymətləndirir.

Teleqraf xəbər verir ki, bu barədə "Reuters" agentliyi "Ipsos" şirkətinin sorğusuna əsasən məlumat yayıb.

Araşdırmaya görə, respondentlərin 56 faizi hərbi əməliyyatların onların şəxsi maliyyə vəziyyətinə mənfi təsir etdiyini bildirib. Eyni zamanda, sorğuda iştirak edənlərin 86 faizi ABŞ hərbçilərinin həyatına risklərin əhəmiyyətli dərəcədə artdığını düşünür.

Məlumata görə, iştirakçıların dörddə üçündən çoxu Yaxın Şərqə quru qoşunlarının göndərilməsinə qəti şəkildə qarşı çıxıb.