AĞDAM, 25 dekabr. TELEQRAF

"Ağdamda 1-ci və 3-cü yaşayış kompleksində söküntü və şaquli planlaşdırma işləri başa çatıb".

Teleqraf-ın Qarabağ bürosunun xəbər verir ki, bu sözləri Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa Tikinti və İdarəetmə Xidmətinin icraçı direktoru Leysan Məmmədov deyib.

"Ağdam şəhərində 5 yaşayış məntəqəsinin təməli qoyulub. Hal-hazırda 1-ci və 3-cü yaşayış kompleksində söküntü və şaquli planlaşdırma işləri başa çatıb. 4 və 5-ci yaşayış komplekslərində isə tikinti işləri davam etdirilir", - o qeyd edib.

L. Məmmədov rayonunun Baş Qərvənd və Eyvazxanbəyli kəndlərindən aparılan işlər barədə də məlumat verib:

"Baş Qərvəndə və Eyvazxanbəyli kəndlərində isə Tikinti işləri davam etdirilir. Kəndlərdə davam etdirilən işlərin 2026 - cı ilin sonunadək başa çatdırılması nəzərdə tutulub".