GƏNCƏ, 24 dekabr. TELEQRAF
Sevindik Bağırova məxsus 6 otaqdan ibarət fərdi yaşayış evində baş verən yanğın söndürülüb.
Teleqraf-ın Qərb bürosu xəbər verir ki, hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin 4 yanğın söndürən avtomobili və 20-yə yaxın canlı qüvvəsi cəlb olunub.
Müdaxilə nəticəsində yanğın söndürülüb.
İlkin məlumata görə, hadisə elektrik naqillərində baş verən qısaqapanmadan baş verib.
***
11:19
Gəncədə yaşayış evində yanğın başlayıb.
Teleqraf-ın Qərb bürosu xəbər verir ki, hadisə Gülüstan qəsəbəsi AKTA-6 adlanan ünvanda qeydə alınıb.
Fərdi yaşayış evi anidən alışıb. Hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin texnika və canlı qüvvəsi cəlb olunub.
Alovun söndürülməsi istiqamətində iş aparılır.