CƏLİLABAD, 23 dekabr. TELEQRAF

Cəlilabaddakı avtoqəzada yaralanan şəxslərin vəziyyəti açıqlanıb.

Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının verdiyi məlumata görə, 23 dekabr 2025-ci il tarixində saat 12:00 radələrində yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan iki nəfər kişi xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Bildirilib ki, xəsarət alanlardan 1998-ci il təvəllüdlü şəxsə çənəaltı nahiyənin kəsilmiş, cırılmış yarası, 2007-ci il təvəllüdlü şəxsə isə üst göz qapağının, gözətrafının və sol qulağın kəsilmiş, cırılmış yaraları, həmçinin çanağın küt travması diaqnozu təyin edilib.

Hazırda hər iki şəxsin müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir. Həkimlərin verdiyi məlumata əsasən, yaralıların vəziyyəti stabil qiymətləndirilir.

***

13:18

Cəlilabad rayonunun Albalan kəndində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf-ın Cənub bürosu xəbər verir ki, “Chevrolet Niva” markalı avtomobillə "VAZ 2107" markalı avtomobil toqquşub.

Qəza zamanı "VAZ 2107" markalı avtomobildə olan iki nəfərdən biri ağır xəsarət alıb. Yaralı Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Məlumata görə, “Chevrolet Niva” markalı avtomobil Cəlilabad rayonunun Saatlı kənd sakini, bölgədə tanınmış xanəndə Füzuli Salmanova məxsusdur. Avtomobildə onun ailə üzvləri və azyaşlı övladının da olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.