MİNGƏÇEVİR, 22 dekabr. TELEQRAF
Mingəçevir Dövlət Dram Teatrında yeni kitabxana fondu formalaşdırılıb.
Bu barədə Teleqraf-ın Mərkəzi Aran bürosuna teatrın ədəbi hissə müdiri Elçin Məhərrəm məlumat verib.
Onun sözlərinə görə, bu təşəbbüs teatrın yaradıcı heyətinin intellektual bazasının möhkəmlənməsinə, bədii təfəkkürünün genişlənməsinə xidmət edəcək.
Teatrda ilk dəfə yaradılaraq zəngin ədəbi, nəzəri və audio materiallarla təmin olunmuş kitabxana mədəniyyət və teatr sevənlərin üzünə açıq olacaq.
Kitabxana daxilində mini teatr muzeyinin yaradılması da nəzərdə tutulur.
