AĞDAM, 15 dekabr. TELEQRAF
Ağdamda 9 yaşlı uşaq velosipeddən yıxılaraq ölüb.
Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, hadisə rayonun Alıbəyli kəndi ərazisində baş verib.
2016-cı il təvəllüdlü Baxşəliyev Hüseyin Rüfət oğlu velosipedlə hərəkətdə olarkən idarəetməni itirib və yıxılıb.
Nəticədə H.Baxşəliyevin başı daşa dəyərək hadisə yerində həyatını itirib.
Faktla bağlı araşdırma başlanıb.