AĞDƏRƏ, 12 dekabr. TELEQRAF
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.
Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, Qayıdış proqramının davamı olaraq Ağdərə rayonunun Həsənriz və Vəngli kəndlərinə növbəti köç karvanları yola düşüb.
Bu mərhələdə Həsənriz kəndinə 16 ailə olmaqla 74 nəfər, Vəngli kəndinə isə 16 ailədən 76 nəfər yola salınıb.
Köç edən ailələr Ağdamın Dörd Yol adlanan ərazisindən Vəngli kəndinə, Tərtər rayonundan isə Həsənriz kəndinə yola salınıb.
Kəndlərə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
