XOCALI, 11 dekabr. TELEQRAF

Xocalı rayonunun kəndlərinə yola salınan köç karvanları mənzil başına çatıb.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, Ağdamın Dördyol adlanan ərazisindən yola salınan köç karvanları Xocalı rayonunun Ballıca, Badara və Şuşakənd kəndlərinə çatıb.

Daha sonra çatan ailələrə mənzillərin açarları təqdim ediləcək.

*****

12:24

Xocalı rayonunun 3 kəndinə köç karvanı yola salınıb.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, bu mərhələdə Xocalı rayonunun Badara, Ballıca və Şuşakənd kəndlərinə növbəti qayıdış prosesi həyata keçirilib.

Qayıdış proqramına uyğun olaraq bu mərhələdə Şuşakənd kəndinə 14 ailə olmaqla 51 nəfər, Badara ndinə 6 ailə olmaqla 18 nəfər, Ballıca kəndinə 9 ailədən 38 nəfər daimi qayıdışı təmin edilib.

Qeyd edək ki, bu köç mərhələsi daxil olmaqla Şuşakənd kəndinə ümumilikdə 93 ailədən ibarət 341 nəfər, Ballıca kəndinə 237 ailədən ibarət 1054 nəfər, Badara kəndinə isə 43 ailə, 154 nəfərin daimi qayıdışı təmin edilib.