TOVUZ, 11 dekabr. TELEQRAF
Tovuz rayonunda ölən piyadanın kimliyi bilinib.
Teleqraf-ın Qərb bürosu xəbər verir ki, vəfat edən qadın 1951-ci il təvəllüdlü Ədalət Bayramovadır.
İlkin məlumata görə, o, səhhətində problem olan gəlininin əvəzinə işə çıxıb. Nəticədə yolu süpürən zaman avtomobil onu vurub.
Mərhumun gəlini Tovuz rayon Mənzil Kommunal İstehsalat Birliyində süpürgəçi işləyirmiş.
***
10:10
Tovuzda qadını avtomobil vuraraq öldürüb.
Teleqraf-ın Qərb bürosu xəbər verir ki, hadisə rayonun H. Əliyev prospektində baş verib.
Sabah saatlarında yolu qarşı tərəfə keçmək istəyən qadını mağazalara çörək paylayan avtomobil vurub.
Piyada aldığı xəsarətlərdən elə hadisə yerində vəfat edib. Ölən şəxsin kimliyi dəqiqləşdirilir.
Faktla bağlı araşdırma başlanılıb.
