GƏNCƏ, 10 dekabr. TELEQRAF

Gəncə Şəhər Birləşmiş Xəstəxanası zəhərlənmə ilə bağlı açıqlama verib.

Xəstəxanadan Teleqraf-ın yerli bürosuna bildirilib ki, 9 dekabr 2025-ci il tarixində saat 21:30 radələrindən başlayaraq 8 nəfər (5 kişi cinsli, 3 qadın cinsli) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinə hospitalizasiya olunub.

Dəqiqləşdirilməmiş mənşəli qastroenteritlər və kolitlər diaqnozu təyin edilən pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib.

Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar.

Məlumata görə, zəhərlənən uşaqların hamısı bir sinifin şagirdləridir. Onlar 5-ci sinifdə oxuyurlar.

Uşaqlar bu gün gün dərsə gəlməyiblər.

M.Ş.Vazeh adına 16 nömrəli tam orta məktəbin ətrafında 3 dönərxana var.

***

09:46

Gəncədə dönərdən kütləvi zəhərlənmə hadisəsi olub.

Teleqraf-ın Qərb bürosu xəbər verir ki, zəhərlənənlərin əksəriyyəti Gəncə şəhər M. Ş. Vazeh adına 16 nömrəli tam orta məktəbin şagirdləridir.

Onlar dərsdən sonra dönərlə qidalanıblar.

Zəhərlənənlərin adlarını təqdim edirik: Əli Zeynalov (2015), Məlahət Məmmədova (2015), Kamal İsmayılov (2015), Hüseyn Hüseynli (2015), Rüqəyya Tağıyeva (2015), Aydan Həsənzadə (2015), Adil Məmmədov ( 2015), Əli Mizəyev (2015).

ktəblilər artıq ambulator müalicə üçün evə buraxılıblar.

Faktla bağlı araşdırma aparılır.