GORANBOY, 8 dekabr. TELEQRAF
Goranboy rayonunun Nərimanlı kəndi ərazisində baş verən yol qəzasında 2 nəfər xəsarət alıb.
Teleqraf-ın Qərb bürosu xəbər verir ki, Goranboy rayonunun Xan Qərvənd kənd sakini, 1971-ci il təvəllüdlü Eldəniz Rüstəmovun idarə etdiyi “Mersedes” markalı mikroavtobusla Tərtər rayonunun Sarov kənd sakini, 1964-cü il təvəllüdlü Siyavuş Musayevin idarə etdiyi “Niva” markalı avtomobil toqquşub.
Qəza zamanı “Mersedes”in sərnişinləri Goranboy rayonunun Qızılhacılı qəsəbə sakinləri, 1982-ci il təvəllüdlü Aynur Rüstəmova və 1994-cü il təvəllüdlü Daşqın Məmmədov müxtəlif dərəcəli xəsarət alıblar.
Xəsarət alanlar Goranboy rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
***
17:11
Goranboy rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Teleqraf-ın Qərb bürosu xəbər verir ki, hadisə Nərimanlı kəndində qeydə alınıb.
İlkin məlumata görə, "Niva" markalı maşın mikroavtobusla toqquşub. Qəza zamanı bir neçə nəfər xəsarət alıb.
Yaralılar xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma başlanılıb