BEYLƏQAN, 8 dekabr. TELEQRAF

Bu gün saat 14:00 radələrində Beyləqan rayonunda yol-nəqliyyat hadisəsi səbəbilə 4 nəfər (kişi) Beyləqan Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə Beyləqan Rayon Mərkəzi Xəstəxanasının yaydığı məlumatda bildirilir.

"Onlara bədənin müxtəlif nahiyyələrinin çoxsaylı travması diaqnozu təyin olunub. Xəsarət alan şəxslərdən 1999-cü il təvəllüdlü şəxsə zəruri tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb. Digər şəxslərin müalicəsi isə Beyləqan Rayon Mərkəzi Xəstəxanasında davam etdirilir. Vəziyyətləri kafidir" - deyə, məlumatda qeyd olunur.

***

16:22

Beyləqanda baş verən qəza zamanı xəsarət alanların kimliyi məlum olub.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, rayonun Birinci Aşıqlı kəndində baş verın qəza zamanı 2002-ci il təvəllüdlü Əhmədli Ümid Anar oğlu, 2004-cü il təvəllüdlü Allahverdiyev Mikayıl Elmar oğlu, 2003-cü il təvəllüdlü Abdullayev Abbas Ramil oğlu və 1999-cu il təvəllüdlü Süleymanlı Sahil Eldəniz oğlu müxtəlif dərəcəli xəsarət alıblar.

Onlar Beyləqan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

***

15:52

Beyləqanda baş verən qəza zamanı 4 nəfər xəsarət alıb.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, yol nəqliyyat hadisəsi Birinci Aşıqlı kəndi ərazində baş verib.

Hərəkətdə olan “QAZel” markalı avtomobil “Xəzər-Lada” markalı avtomobillə toqquşub.

Nəticədə avtomobillərdə olan 4 nəfər xəsarət alıb. Yaralılar Beyləqan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma başlanıb.