MİNGƏÇEVİR, 4 noyabr. TELEQRAF

Mingəçevirdə baş verən yol qəzasında xəsarət alan şəxslərin kimliyi məlum olub.

Teleqraf-ın Mərkəzi Aran bürosunun məlumatına görə, onlar "VAZ 21015"in 1994-cü il təvəllüdlü sürücüsü Xaləddin Ələsgərov, onun 1992-ci il təvəllüdlü bacısı Şəmsiyə Ələsgərova və 1977-ci il təvəllüdlü Vüsalə Məhərrəmovadır.

Faktla bağlı araşdırmalar davam etdirilir.

***

11:49

Mingəçevirdə minik avtomobilləri toqquşub, yaralananlar var.

Teleqraf-ın Mərkəzi Aran bürosu xəbər verir ki, hadisə Şuşa küçəsində baş verib.

"VAZ 21015" və "VAZ 2199" markalı avtomaşınların toqquşması nəticəsində müxtəlif bədən xəsarətləri alan 3 yaralı təcili xəstəxanaya çatdırıllb.

Faktla bağlı araşdırma başlanıb.