XOCALI, 31 oktyabr. TELEQRAF
Xocalıda dəfn edilən şəhidin ailəsi də girov-şəhidlər siyahısındadır.
Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında bu gün Xocalıda torpağa tapşırılmış itkin-şəhid Səfər Qəmbərovun qardaşı qızı Nərgiz Qəmbərova söyləyib.
"Bu gün əmim Səfər Qəmbərov dəfn olunur. O, ailənin yeddi itkin şəhidindən biridir. Atam bütün ailə üzvlərini itirib. Əmimin nəşinin tapılması və onun Xocalıda dəfn edilməsi ailəmiz üçün təsəlllidir. Əmimlə qürur duyuram. O, ailəsinin şəhidlərinin qisası, torpaqlarımızın müdafiəsi uğrunda döyüşüb canını fəda edeib. Necə deyərlər, həm kədərliyik, həm də sevincli. Allah bütün şəhidlərimizə rəhmət eləsin" - Nərgiz Qəmbərova deyib.