AĞDAM, 29 oktyabr. TELEQRAF
Ağdam rayonunun Xıdırlı kəndinə köçən ailələrə mənzillərin açarları təqdim edilib.
Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, açar təqdim etmə mərasimində Ağdam, Füzuli və Xocavənd rayonlarında prezidentin xüsusi nümayəndəliyinin, Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin və Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsi nümayəndələri iştirak edib.
***
12:42
Növbəti köç karvanı Ağdam rayonunun Xıdırlı kəndinə çatıb.
Bu barədə Teleqraf-ın Qarabağ bürosu xəbər verir.
Bu mərhələdə Xıdırlı kəndinə 91 ailə olmaqla 366 nəfər köçürülür.
Bu köç mərhələsi də nəzərə alınmaqla Xıdırlı kəndinə cəmi 451 ailə 1725 nəfər köçürülmüş olur.