AĞDƏRƏ, 29 oktyabr. TELEQRAF
Fövqəladə Hallar Nazirliyi Ağdərə rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.
Nazirlikdən Teleqraf-a verilən xəbərə görə, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Ağdərə rayonunun Çıldıran kəndi ərazisində yük avtomobilinin dərəyə aşması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar qəza yerinə Nazirliyin ən yaxın xilasetmə qüvvələri cəlb olunub.
Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri tərəfindən həyata keçirilən tədbirlər nəticəsində sürücünün meyiti dərədən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
***
09:34
Ağdərədə beton qarışdıran maşın dərəyə aşıb, sürücü ölüb.
Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, hadisə rayonun Çıldıran kəndində baş verib.
Bərdə rayon sakini 1968-ci il təvəllüdlü Hafiz Qocamanov idarə etdiyi "HOWO" markalı beton qarışdıran avtomobillə hərəkətdə olarkən idarəetməni itirib.
Nəticədə avtomobil dərəyə yuvarlanıb, sürücü hadisə yerinə ölüb.
Faktla bağlı araşdırma aparılır.
