XOCAVƏND, 28 oktyabr. TELEQRAF

Xocavənd rayon Qırmızı Bazar qəsəbəsi və Sos kəndinə çatan ailələrə mənzillərin açarları təqdim edilib.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, bu gün Xocavənd rayonunun Sos və Qırmızı Bazar qəsəbəsinə çatan ailələrə mənzillərin açarları təqdim edilib.

***

14:55

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir. Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsi və Sos kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, Qırmızı Bazara 20 ailə 71 nəfər, Sos kəndinə isə 10 ailə 42 nəfər köçürülüb.

Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.