GÖYGÖL, 29 oktyabr. TELEQRAF

Göygöldə 2005-ci il təvəllüdlü İsrayıl Orucova kəsici alətlə xəsarət yetirən şəxs saxlanılıb.

Bu barədə Teleqraf-ın Qərb bürosu xəbər verir.

Polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində rayon sakini İ. Orucova kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən Göygöl rayon sakini Elbrus Quliyev saxlanılıb.

Araşdırmalar davam etdirilir.

***

09:27/ 28.10.2025

Göygöldə 20 yaşlı şəxs kəsici alətlə xəsarət alıb.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, hadisə rayonun Yeni Qızılca kəndində qeydə alınıb.

2005-ci il təvəllüdlü İsrayıl Orucov xəstəxanaya yerləşdirilib.

İlkin məlumata görə, o qəbiristanlıq ərazisində kəsici alətlə xəsarət alıb.

Faktla bağlı araşdırma başlanılıb.