BƏRDƏ, 27 oktyabr. TELEQRAF

Qarayusifli faciəsinin beşinci ilində faciə qurbanları anılıb.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, 44 günlük Vətən müharibəsinin 31-ci günü, 27 oktyabr 2020-ci ildə Bərdə rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən növbəti dəfə raket hücumuna məruz qalmasından beş il ötür.

Xatırladaq ki, 27 oktyabr 2020-ci ildə Ermənistan Silahlı qüvvələrinin Bərdənin Qarayusifli kəndini "Smerç" raketləri ilə atəşə tutub, nəticəndə 5 kənd sakini şəhid olub:

1970-ci il təvəllüdlü Cəfərova Ofeliya Məcid qızı,

1959-cu il təvəllüdlü Əhmədova Aybəniz Əşrəf qızı,

1980-ci il təvəllüdlü İsmayılov Ehtiram Xəlil oğlu,

1960-cı il təvəllüdlü Əliyeva Almaz Salah qızı,

2013-cü il təvəllüdlü İsgəndərova Aysu Rövşən qızı.

Bu gün şəhid olan dinc sakinlərin xatirəsi anılıb. Kənddə onların xatirəsinə ucaldılan abidə kompleksi ziyarət edilib. Eyni zamanda şəhidlərin xatirəsinə ehsan süfrəsi açılıb.

Qeyd edək ki, Ermənistan ordusunun raket hücumu nəticəsində 5 nəfər şəhid olub, 14 nəfər yaralanıb, yaşayış evlərinə ciddi ziyan dəyib.