XOCALI, 23 oktyabr. TELEQRAF
Xocalı rayonunun Seyidbəyli və Daşbulaq kəndinə çatan ailələrə mənzillərin açarlar təqdim olunub.
Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, açarların təqdim olunması mərasimində Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri iştirak edib.
Seyidbəyli və Daşbulaq kəndlərində sakinlərin normal yaşayış səviyyəsinin təmin olunması üçün bütün zəruri tədbirlər görülüb. Evlər müasir tələblər səviyyəsində bərpa edilib.
***
13:43
Ağdamdan Xocalı rayonunun Seyidbəyli və Daşbulaq kəndlərinə yola salınan növbəti köç karvanı mənzil başına çatıb.
Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, Seyidbəyli və Daşbulaq kəndlərinə çatan ailələrə daha sonra sahib olduqları evlərin açarları təqdim ediləcək.
***
12:10
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir. Qayıdış proqramına uyğun olaraq Xocalı rayonunun Seyidbəyli və Daşbulaq kəndlərinə növbəti köç yola salınıb.
Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, bu mərhələdə Seyidbəyli kəndinə 18 ailə olmaqla 61 nəfər, Daşbulaq kəndinə isə 8 ailə olmaqla 24 nəfər köçürülür.
Köç edən ailələr Ağdamın Dördyol adlanan ərazisindən Xocalı rayonunun Seyidbəyli və Daşbulaq kəndlərinə yola salınıb.
Onlar respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər.
Onlar həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.