AĞDAM, 27 sentyabr. TELEQRAF

Anım Günü ilə əlaqədar Ağdamda yürüş keçirilib.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, Anım Günü münasibətilə ilə təşkil edilmiş yürüşdə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları, Ağdam, Füzuli və Xocavənd rayonlarında Tikinti və İdarəetmə Xidmətinin əməkdaşları, məskunlaşmış Ağdam sakinləri, məktəblilər Ağdamda fəaliyyət göstərən şirkət nümayəndələri hüquq mühafizə orqanları əməkdaşları iştirak ediblər.

Yürüş iştirakçıları daha sonra Ağdam Şəhidlər Xiyabanını ziyarət ediblər.