AĞDAM, 31 avqust. TELEQRAF
Ağdamda baş verən qəza zamanı xəsarət alanların kimliyi məlum olub.
Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, qəza zamanı rayon sakinləri , 1971-ci il təvəllüdlü Bayramov Xosrov Xəlil oğlu, 1974-cü il təvəllüdlü Bayramova Gültəkin Ayxan qızı, 1999-cu il təvəllüdlü Bayramova Teyyubə Xosrov qızı, 1961-ci il Mehralıyeva Laləzar Mirzə qızı və 1969-cu il təvəllüdlü Qarayeva Nazilə Kəriş qızı müxtəlif dərəcəli xəsarətlə Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Yaralılardan G.Bayramova,T.Bayramova və L.Mehralıyevaya ilkin tibbi yardım göstərilərək Bərdə Diaqnostika Mərkəzinə göndərilib.
***
19.08
Ağdamda baş verən qəzada 4 nəfər xəsarət alıb.
Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, hadisə rayonun Çəmənli kəndi ərazisində baş verib.
Yüksək sürətlə hərəkətdə olan "Toyota" markalı avtomobil idarəetməni itirərək yol kənarındakı elektrik xəttinə, daha sonra yolu kənarındakı beton hasara çırpılaraq, hərəkətdə olan "KİA" markalı avtomobillə toqquşub.
Qəza zamanı "Toyota" da olan sürücü də daxil olmaqla 4 nəfər xəsarət alıb .
Yaralılar Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.