FÜZULİ, 29 avqust. TELEQRAF

Birinci Qarabağ müharibəsində Füzuli rayonu üzrə itkin kimi 136 nəfər qeydiyyata alınıb.

Teleqraf-ın Qarabağ Bürosunun əldə etdiyi məlumata görə, 136-dən 87-i hərbçi, 49 nəfəri isə mülki şəxsdir.

44 günlük Vətən müharibəsindən sonra 10 nəfərin nəşi tapılaraq ailə üzvülərinə təhvil verilib.

Onlardan 6-sı hərbçi, 4-ü isə mülki şəxsdir.