BİLƏSUVAR, 25 avqust. TELE
Biləsuvarda qəzaya düşən yeniyetmə vəfat edib.
Teleqraf-ın Cənub bürosu xəbər verir ki, Biləsuvar rayonunda yol qəzası zamanı ağır xəsarət alan yeniyetmə müalicə olunduğu xəstəxanada dünyasını dəyişib.
Qəza martın 1-də Biləsuvar-Bəhramtəpə avtomobil yolunun Nərimankənd kəndi ərazisində baş vermişdi. 2008-ci il təvəllüdlü Elcan Muradlı atasına məxsus “Niva” markalı avtomobili idarə edərkən idarəetməni itirib. Avtomobil yol kənarındakı işıqlandırma dirəyinə çırpıldıqdan sonra aşıb.
Hadisə nəticəsində sürücü Elcan Muradlı və sərnişin – 2011-ci il təvəllüdlü Tunar Əlizadə müxtəlif dərəcəli xəsarətlər alaraq Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılmışdı.
Həkimlərin səyinə baxmayaraq, Tunar Əlizadə bu gün xəstəxanada vəfat edib.
Faktla bağlı araşdırma aparılır.