TOVUZ, 20 avqust. TELEQRAF
Şair Məmməd İsmayıl dəfn edilib.
Teleqraf xəbər verir ki, o, Tovuz rayonunda doğulduğu Əsrik-Cırdaxan kəndində torpağa tapşırılıb.
***
13:50
Tanınmış şair, professor Məmməd İsmayıl doğulduğu Tovuz rayonunun Əsrik-Cırdaxan kəndində vida mərasimi keçirilib.
Teleqrafın Qərb bürosunun məlumatına görə, dəfn mərasimində mərhumun yaxınları, bölgə ziyalıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Məmməd İsmayılın vəsiyyətinə əsasən, o, doğma kəndində torpağa tapşırılacaq.
Xatırladaq ki, 86 yaşlı şair bir neçə gün əvvəl səhhətində yaranmış problemlər səbəbilə “Bona Dea” hospitalına yerləşdirilmişdi.
O, 2025-ci il avqustun 19-da vəfat edib.




