GƏNCƏ, 7 avqust. TELEQRAF

Tikinti aparılan Gəncə mərkəzi stadionunda növbəti ölüm faktı qeydə alınıb.

Teleqraf-ın Qərb bürosu xəbər verir ki, stadionda çalışan 1973-cü il təvəllüdlü Samir Əliyev vəfat edib.

İlkin məlumata görə, S. Əliyevin səhhəti anidən pisləşib və o, dünyasını dəyişib.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırmaya başlanılıb.

Qeyd edək ki, iyun ayının 28-də Gəncə şəhər stadionun tikintisində işləyən Gəncə Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin Yaşıllaşdırma şöbəsinin işçisi 1975-ci il təvəllüdlü Şahin Talıbov iş başında qəflətən vəfat etmişdi.