QAZAX, 15 iyul. TELEQRAF

Qərb bölgəsində müşahidə olunan küləkli hava şəraiti nəticəsində elektrik enerjisinin verilişində yaranan fasilə aradan qaldırılıb.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, Qazaxın rayon mərkəzinin bir neçə küçəsində və 6 yaşayış məntəqəsində hazırda işıqlar yanır.

Ağstafa rayonunda isə mərkəzi küçələrlə yanaşı 3 yaşayış məntəqəsində, eləcə də ən böyük kəndlərindən biri olan Dağkəsəmən kəndində elektrik enerjisinin verilişi tam bərpa olunub.

Ölkənin qərb bölgəsində küləkli hava şəraiti davam edir. Əsən güclü küləyin təsiri nisbətən azalıb.

***

20:26

Ölkənin qərb bölgəsində hava şəraiti kəskin dəyişib.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, güclü külək Qazax rayonunun mərkəzində və bir sıra kəndlərində fəsadlar törədib.

Ağstafa və Tovuz rayonunda da küləkli hava şəraiti müşahidə olunub. Qeyri-sabit hava şəraiti nəticəsində Ağstaf rayonunda elektrik enerjisinin verilişində qısa fasilələr müşahidə olunmaqdadır.

Tovuz rayonunda isə küləyin şiddəti artır. Bu dəqiqələrdə küləkli hava şəraiti davam etməkdədir.