“Regiondakı bütün problemlərin sülh yolu ilə həllinə alternativ yoxdur”.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.
“Regionda mövcud olan bütün problemlərin sülh yolu ilə həllinə alternativ yoxdur. Bütün çətinlikləri nəzərə alaraq, bu məntiqi rəhbər tutacağıq”, - baş nazir bildirib.
Paşinyan Laçın yolu və Qarabağla bağlı sərsəm tezisini növbəti dəfə təkrarlayıb. Qeyd edib ki, mövcud vəziyyətlə bağlı ziddiyyətləri aradan qaldırmaq üçün Laçın yoluna və Qarabağa “beynəlxalq faktaraşdırıcı missiya” göndərmək lazımdır.