BAKI, 21 avqust. TELEQRAF
Dünya bazarında qızılın qiyməti mayın 29-dan bəri ilk dəfə bir troya unsiyası üçün 4 600 dollar həddini keçib.
Teleqraf xəbər verir ki, “Comex” birjasının ticarət məlumatlarına görə, dekabrda tədarük ediləcək qızıl fyuçerslərinin qiyməti 1,21 faiz artaraq bir troya unsiyası üçün 4 600,3 dollara yüksəlib.
Daha sonra bahalaşma tempi zəifləyib. Qızılın qiyməti 0,84 faiz artımla 4 583,5 dollar səviyyəsində qərarlaşıb.
Eyni zamanda, sentyabrda tədarük ediləcək gümüş fyuçerslərinin qiyməti 0,57 faiz artaraq bir troya unsiyası üçün 68,49 dollara çatıb.