BAKI, 21 avqust. TELEQRAF

ABŞ-nin məşhur idman portalı ESPN dünyanın ən yaxşı mərkəz müdafiəçilərinin reytinqini açıqlayıb.

Teleqraf xəbər verir ki, siyahıya İngiltərənin "Arsenal" klubunda çıxış edən Fransa millisinin üzvü Vilyam Saliba başçılıq edir.

PSJ-nin ekvadorlu müdafiəçisi Vilyan Paço ikinci, "Arsenal"ın braziliyalı futbolçusu Qabriel dos Santos isə üçüncü yerdə qərarlaşıb.

İlk "5-liy"i "Barselona"nın ispaniyalı müdafiəçisi Pau Kubarsi və "Bavariya"nın, Almaniya millisinin üzvü Conatan Ta tamamlayıb.

İlk "10-luq":

Vilyam Saliba – "Arsenal" (İngiltərə), Fransa
Vilyan Paço – PSJ (Fransa), Ekvador
Qabriel dos Santos – "Arsenal" (İngiltərə), Braziliya
Pau Kubarsi – "Barselona" (İspaniya), İspaniya
Conatan Ta – "Bavariya" (Almaniya), Almaniya
Markinyos – PSJ (Fransa), Braziliya
Dayo Upamekano – "Bavariya" (Almaniya), Fransa
Vircil van Dayk – "Liverpul" (İngiltərə), Niderland
Alessandro Bastoni – "İnter" (İtaliya), İtaliya
Mark Quehi – "Mançester Siti" (İngiltərə), İngiltərə