BAKI, 21 avqust. TELEQRAF
ABŞ-nin “USS George Washington” aviadaşıyıcısının rəhbərlik etdiyi zərbə qrupu Yaxın Şərqə çatıb.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.
“‘USS George Washington’ aviadaşıyıcı zərbə qrupu Mərkəzi Komandanlığın məsuliyyət zonasına daxil olduqdan sonra planlı yerləşdirmə çərçivəsində dünəndən etibarən Yaxın Şərqdədir”, - CENTCOM-un “X” hesabında yayılan məlumatda bildirilib.
Bundan əvvəl ABŞ-nin “USS George Washington” aviadaşıyıcısını qüvvələrin planlı rotasiyası çərçivəsində “USS Abraham Lincoln”u əvəz etmək üçün Yaxın Şərqə göndərəcəyi açıqlanmışdı.
“USS Abraham Lincoln” aviadaşıyıcısı ABŞ-nin İrana qarşı həyata keçirdiyi dəniz blokadasında iştirak edib.