“Qəddar taleyin ironiyasıdır, elə bir paket alacağıq ki, “Artsax” haqda (Azərbaycanın Qarabağ bölgəsi – red.) bir işarə belə olmayacaq”.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın keçmiş ədliyyə naziri Qorq Danielyan deyib.
Sabiq nazir Ermənistan hakimiyyətinin Qarabağ bölgəsinə olan əsassız iddialarından tamamilə imtina etdiyini bildirib.
Danielyan Ermənistanın siyasi rəhbərliyinin Azərbaycanın ərazi bütövlüyünü tanıdığını açıqladığını da bildirib.
“Artıq o mesaj verilir ki, keçmiş hakimiyyət Azərbaycanın ərazi bütövlüyünü çoxdan tanıyıblar, indi biz Azərbaycanın suverenliyində olacaq Qarabağda yalnız öz erməni kimliyimizi qorumalıyıq”, - sabiq nazir qeyd edib.