Ermənistan müdafiə naziri Suren Papikyan Almaniyanın İrəvandakı səfiri Viktor Rixteri qəbul edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Həmsöhbətlər Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti müzakirə ediblər. Eyni zamanda, Azərbaycanın Qarabağ bölgəsindəki son durum ətrafında fikir mübadiləsi aparılıb.

Rixter Almaniya tərəfinin gərginliyin azaldılması və məsələlərin dinc yolla həlli səylərini dəstəklədiyini deyib.