ABŞ-ın ATƏT-dəki missiyası aprelin 6-da Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında keçiriləcək görüşü alqışlayır.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın ATƏT-dəki nümayəndəliyinin Tvitter hesabında deyilib.
“Aprelin 6-da Brüsseldə Prezident Əliyevlə Baş nazir Paşinyan arasında danışıqların baş tutacağı xəbərini alqışlayırıq. Qarabağdakı humanitar vəziyyətə diqqəti artırmağa çağırırıq və bütün həll edilməmiş məsələlərin diplomatik yolla həllinə dəstəyimizi bir daha bəyan edirik”, - açıqlamada bildirilib.
Azərbaycan və Ermənistan liderləri aprelin 6-da Avropa Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə görüşəcəklər.