Bu gün daha bir erməni hərbçisinin cəsədi tapılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Azərbaycanlı Əsir və Girovlarla bağlı Məlumat Mərkəzindən bildirilib.

Məlumata görə, 1 erməni hərbçinin cəsədi bu gün Xocavənd ərazisində aparılan axtarışlar zamanı tapılıb.

Axtarış qrupunun aşkar etdiyi cəsəd Ermənistana təhvil verilib.