BAKI, 23 avqust. TELEQRAF

ABŞ Prezidenti Donald Trampın Kanada ilə ticarət münaqişəsində tətbiq etdiyi təzyiq və hədələr gözlənilən nəticəni verməyib.

Teleqraf xəbər verir ki, bu barədə “The Atlantic” yazıb.

Nəşrin məlumatına görə, Kanada iqtisadi baxımdan ABŞ-dən xeyli kiçik olsa da, ölkə hökuməti milli maraqları qorumaq imkanına malikdir. Kanadanın Baş naziri Mark Karni isə Trampdan daha yüksək populyarlıq göstəricisinə sahibdir.

“The Atlantic” Trampın yalnız güc amilinə diqqət yetirməsini onun ticarət münaqişələrində uğursuzluğunun əsas səbəblərindən biri kimi qiymətləndirib.

Qeyd edək ki, ABŞ-nin ticarət danışıqlarında nümayəndəsi Ceymison Qrir daha əvvəl Kanadanın Vaşinqtonun sərfəli hesab etdiyi razılaşmadan imtina etdiyini bildirmişdi. Bundan sonra ABŞ-nin bəzi Kanada məhsullarına tətbiq etdiyi 50 faizlik gömrük rüsumları qüvvəyə minmişdi.