BAKI, 8 may. TELEQRAF

2025-ci ildə 198 insan alveri cinayəti qeydə alınıb.

Teleqraf xəbər verir ki. sözügedən məsələ İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatında əksini tapıb.

Bildirilib ki, həmin cinayətlərdən 152-si cinsi istismar, 45-i insan alveri məqsədilə sənədlərlə qanunsuz hərəkətlərə yol vermə faktları ilə bağlı olub.

İnsan alveri cinayətlərinin 57-i informasiya texnologiyalarının tətbiqi ilə törədilib.

Cinayətlərin 97 faizi açılıb, 6 şəxs ətrafında keçirilmiş əməliyyat tədbirləri ilə 2 cinayətkar qrup zərərsizləşdirilib.