BAKI, 10 oktyabr. TELEQRAF

İsrail Müdafiə Qüvvələrinin (İMQ) mətbuat xidmətinin məlumatına görə, Livan sərhədinə yaxın Ərəb əl-Aramşe şəhəri yaxınlığında hava hücumu sirenləri işə salınıb.

Teleqraf xəbər verir ki, məlumatda qeyd olunur: "Ərəb əl-Aramş ərazisində düşmən təyyarəsinin yaxınlaşması barədə xəbərdarlıq edən sirenlər çalındı".

"Ynet" portalının məlumatına görə, sirenlər sərhədə yaxınlaşan drona görə işə salına bilər.

İsrail Müdafiə Qüvvələri daha əvvəl Livanın cənubundakı "şübhəli hava hədəfinə" qarşı raket atdığını açıqlamışdı.