AĞDAŞ, 10 oktyabr. TELEQRAF

Ağdaşda avtomobil traktorla toqquşub.

Teleqraf-ın Mərkəzi Aran bürosu xəbər verir ki, hadisə Cüvəkənd yaxınlığından keçən yolda baş verib.

Minik avtomobili traktora çırpılıb. Qəza nəticəsində yaralanan 1982-ci il təvəllüdlü Qədir İmran oğlu Qədirov və onun həmyaşıdı Nəsirova Samirə Yolçu qızı xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.