BAKI, 10 oktyabr. TELEQRAF

Hörmüz boğazından İranın icazəsi olmadan keçməyə çalışan neft tankeri minaya düşüb.

Teleqraf xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) məlumat yayıb.

"Hörmüz boğazından qeyri-qanuni marşrutla hərəkət edən tanker elan edilmiş yüksək təhlükəli yolda dəniz minasına çırpılaraq şiddətli partlayışa məruz qalıb", - məlumatda bildirilib.

Qeyd olunub ki, tanker naviqasiya sistemlərini söndürüb.

SEPAH-ın Hərbi Dəniz Qüvvələri bəyan edib ki, Hörmüz boğazının təhlükəsizlik və qaydalarını pozan hər bir tankerin aqibəti belə olacaq.