BAKI, 8 may. TELEQRAF
2025-ci ildə uşaq əməyinin istismarının qarşısının alınması üzrə həyata keçirilən reydlər zamanı isə ailə mühitindən, pedaqoji və ictimai təsir vasitələrindən kənarda qalan 936 uşaq və buna şərait yaradan 511 valideyn aşkarlanıb.
Teleqraf xəbər verir ki, sözügedən məsələ İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatında əksini tapıb.
Qeyd olunub ki, nəticədə yerli icra hakimiyyətləri yanında komissiyalara, qəyyumluq və himayə orqanlarına 510 material göndərilib, 32 valideyn inzibati məsuliyyətə cəlb edilərək polis nəzarətinə götürülüb, habelə uşaqların
kənar şəxslər tərəfindən dilənçiliyə cəlb edilməsi faktı müəyyən edilib.