BAKI, 6 may. TELEQRAF
Vladimirovka kəndi Elbir kəndi adlandırılacaq.
Teleqraf xəbər verir ki, bu, Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasının gündəliyində yer alıb.
Qanun layihəsinə əsasən, Vladimirovka kənd inzibati ərazi dairəsi tərkibindəki Vladimirovka kəndi Elbir kəndi adlandırılacaq və Vladimirovka kənd inzibati ərazi dairəsi Elbir kənd inzibati ərazi dairəsi hesab ediləcək.