BAKI, 4 mart. TELEQRAF

"Xəstəliklərin artmasının səbəblərindən biri də çəkinin artması ilə bağlıdır. Arzulayırdıq ki, ölkəmizdə iş adamları şadlıq evlərinin tikintisinin sayını azaldaraq idman saraylarının tikintisinə daha çox vəsait ayırsınlar".

Teleqraf xəbər verir ki, bunu Milli Məclisin Gənclər və idman komitəsinin bu gün keçirilən iclasında deputat Vüqar İskəndərov deyib.

O qeyd edib ki, nə qədər idman sarayları, mərkəzləri tikilsə, azdır: "Son illərdə idman fitnes mərkəzlərinə axın var".